Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ziya Əliyev: "Təbii fəlakətlərə görə büdcədən 1 milyard manat kompensasiya verilib"

Baxış: 154



Azərbaycanda zəlzələ, sel, daşqın, torpaq sürüşməsi hadisəsi zamanı əhalinin üzləşdiyi zərərlərin kompensasiyası üçün dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsait xərclənib.
Bunu “Sahibkartv.az”a açıqlamasında Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
Onun sözlərinə görə, kompensasiya ödənişləri hələ də davam edir: "Bu məbləğ dövlət büdcəsinin illik məbləğinə münasibətdə kifayət qədər ciddidir və dövlət üçün əhəmiyyətli maliyyə yüküdür. Unutmamalıyıq ki, dövlət büdcəsinin vəsaitləri əsasən fiziki və hüquqi şəxslərin vergi ödənişləri hesabına formalaşır. Deməli, maliyyə yükü yenidən əhaliyə və biznesin üzərinə qayıtmış olur. Belə olan halda xoşagəlməz hadisələr nəticəsində yaranan zərərlər riskinin sığorta sektoruna ötürülməsi həm əhalinin, həm bizesin, həm də dövlətin maliyyə yükünün azaldılmasına imkan verir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.