Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda arpa sahələrinin 23 %-də biçin başa çatıb

Baxış: 213


Azərbaycanda arpa sahələrinin 23 %-də biçin başa çatıb
Azərbaycanda 38 rayonda mövcud olan arpa əkini sahələrindən 247 258 ton məhsul yığılıb və bununla da sahələrin təxminən 23 %-də biçin başa çatıb.
Bu barədə "Sahibkartv.az"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, orta məhsuldarlıq 27,3 sentner təşkil edib.
Bu günə qədər 90 444 hektar sahədə arpa biçini başa çatıb. Sahələrin 29 072 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.
Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.