Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş nazir: "Azərbaycandan keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı artır"

Baxış: 161


Baş nazir: Azərbaycandan keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı artırƏli Əsədov 
"Qlobal geosiyasi mənzərədə mühüm dəyişikliklər bir çox ölkələr tərəfindən logistika zəncirlərinin və axınlarının məcburi şəkildə yenidən təşkili ilə nəticələnib".
"Sahibkartv.az"ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov bu gün Rusiyanın Soçi şəhərində keçirilən və qonaq qismində iştirak etdiyi Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında bildirib.
"Bu fonda Avrasiya iqtisadi Birliyinə üzv dövlətlərin ərazisindən keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı yüksəlir. Azərbaycan ərazisi ilə yük axını sabit sürətlə artır. 2022-ci ilin yekunlarına görə, artım 75 % təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26 %artıb. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının vacib halqası kimi çıxış edir", - deyə hökumət başçısı qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.