"Sahibkartv.az" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
"Azərbaycan dövlətlərarası normallaşma prosesi ilə yanaşı, ərazilərimizin 30 ildir davam edən hərbi işğalının ağır nəticələrini aradan qaldırmaq üçün daxildə münaqişədən sonra genişmiqyaslı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə başlamışdır. Bu, son nəticədə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz, ləyaqətlə qayıtmaq və münaqişədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının dinc yanaşı yaşaması kimi pozulmuş hüquqlarını reallaşdırmaq hüququnu təmin etmək məqsədi daşıyır", - C.Bayramov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan, ölkəmizin Qarabağ bölgəsinin etnik erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə reinteqrasiya etməkdə qərarlıdır:
"Hökumət onların reinteqrasiyasına aid məsələləri müzakirə etmək üçün yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib. Tərəfdar çıxdığımız beynəlxalq sənədlərlə yanaşı, xüsusən də Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası, Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi buna əsaslı zəmin yaradır".
"Bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsi buna əsas maneədir və ciddi humanitar təhlükə yaradır. Fərq qoymadan basdırılan minalar demək olar ki, hər gün insanların həyatına son qoymaqda davam edir", - Azərbaycan XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın bütün hərbi fəaliyyətlərin dayandırıldığını elan etməsindən sonra belə minalanmış ərazilərin bütün xəritələrini paylaşmaqdan imtina etməsi və minaların basdırılmasını davam etdirməsi, mina tələləri və digər partlayıcıları qurması vəziyyəti daha da gərginləşdirir və qurbanların sayını artırır:
"2020-ci ildə Üçtərəfli bəyanat imzalanandan bəri 302 nəfər minaların qurbanı olub. Bura həmçinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə gətirilən və orada basdırılan minalar da daxildir.
Məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmasına imkan yaratmaq məqsədilə bu humanitar təhlükə ilə mübarizə aparmaq üçün Azərbaycan hökuməti minalarla mübarizəni özünün milli prioritetlərindən biri kimi müəyyənləşdirib və həmçinin minasızlaşdırma ilə bağlı xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi formalaşdırır. Bundan əlavə, Azərbaycan humanitar minasızlaşdırma üzrə yeni qlobal DİM-in yaradılmasını təşviq edir.
Azərbaycanda davam edən mina problemini və onun həllində milli qurumların üzləşdiyi çətinlikləri nəzərə alaraq, Azərbaycanın humanitar minalarla mübarizə potensialını gücləndirmək üçün artan beynəlxalq dəstəyə təcili ehtiyac vardır. Bu cür dəstək yalnız minalardan təmizləmə səylərinə istiqamətlənməyib, həm də minalara qarşı qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək".
Marketlərdə Kassalar Ləğv Edilir: Yeni Alış-Veriş Sistemi Sınaqdan Keçirilir
21:30 / 25-02-2025
E-ticarətin Gələcəyi: 2025-ci ildə Alış-verişin Yeni Üfüqləri
21:19 / 25-02-2025
Yaşlılar üçün Ağıllı Ev Texnologiyaları Geniş Yayılır
20:30 / 25-02-2025
Əl Yüklərini Tanıyan Hava Limanları Pasport Nəzarətini Ləğv Edir
19:30 / 25-02-2025
Elektrikli Avtomobillər üçün Şarj Vaxtı 5 Dəqiqəyə Düşür
18:30 / 25-02-2025
Banklar Filialsız Xidmət Modelinə Keçir
17:30 / 25-02-2025
Metaverse Toyları: Cütlüklər Virtual Reallıqda Evlenməyə Başlayır
17:17 / 25-02-2025
Orqanizm üçün ən faydalı yağlar hansılardır?
16:00 / 25-02-2025
İqlim Dəyişikliyinə Qarşı Yeni Həll: Dəniz Üzərində Süzən Şəhərlər Tikilir
15:42 / 25-02-2025
Yolların buz bağlaması bazarların işinə necə təsir edib?
15:30 / 25-02-2025
Prezidentdən Xocalı ilə bağlı SƏRƏNCAM
14:53 / 25-02-2025
Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
13:20 / 25-02-2025
Bu gün avtobuslar saat neçəyə qədər işləyəcək? - RƏSMİ
13:15 / 25-02-2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb
12:42 / 25-02-2025
Sosial xidmətə götürülənlərlə bağlı qayda dəyişir
12:01 / 25-02-2025
Zelenskinin əsas rəqibi bəlli oldu - Putindən açıqlama
11:54 / 25-02-2025
"Putin qarşı çıxmayacaq, müharibə bir neçə həftəyə bitə bilər"
11:48 / 25-02-2025
İlham Əliyevdən Küveyt Əmirinə məktub
11:41 / 25-02-2025
Rusiya ilə bağlı səsvermədə səhv etdilər - Prezidentləri üzr istədi
11:35 / 25-02-2025
Novruz çərşənbələri ilə bağlı əhaliyə müraciət
11:29 / 25-02-2025
Sabah bu yollar bağlanacaq - Siyahı
11:23 / 25-02-2025
XİN başçısı: "Ermənistanın ATƏT çərçivəsində qarayaxma kampaniyası danışıqlara əsas maneədir"
Bölməyə aid digər xəbərlər
Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir.
Tarix: 7-06-2023, 17:15 Oxunub: 58
Bölməyə aid digər xəbərlər
6-06-2023, 20:19
Ceyhun Bayramov: "Azərbaycan üç konkret istiqamətdə fikir ayrılıqları üzrə Ermənistandan qarşılıqlı siyasi iradə gözləyir"
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
26-04-2023, 19:00
Bəxtiyar Əliyev: “Azərbaycanda "daxildə emal" xüsusi proseduru investisiya qoyuluşu imkanlarını artıracaq”
12-04-2023, 12:11
Ceyhun Bayramov: "Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir"
5-03-2023, 08:00
"Bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır"
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
15-12-2022, 17:00
Azərbaycan XİN başçısı Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı xarici diplomatları məlumatlandırıb - YENİLƏNİB
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
13-06-2022, 12:14
Yaşar Əliyev BMT-nin Baş katibinə erməni işğalının nəticələri barədə məktub ünvanlayıb
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO