Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: "Azərbaycan normallaşma gündəliyinə sadiq qalır"

Baxış: 133


Azərbaycan normallaşma gündəliyinə sadiq qalır və ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət: dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin tezliklə imzalanması, dövlət sərhədinin delimitasiyası, və regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir.
"Sahibkartv.az" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
"Ermənistan tərəfindən Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin suverenliyi və ərazi bütövlüyünün bəyan edilərək tanınması ehtiyatlı optimizm üçün zəmin yaradır. Bununla belə, həmişə olduğu kimi, əməllər sözlərdən daha yüksək səslə danışır. Ermənistan rəhbərliyinin bəyanatları bu ölkənin faktiki davranışında da öz əksini tapmalıdır ki, nəticədə irəliləyiş əldə olunsun", - C.Bayramov bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.