Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Komitə sədri: “Bu il Azərbaycanda ÜDM-in artım tempi azalacaq”

Baxış: 126

Bu il bütün dünyada və Azərbaycanda ÜDM-in artım tempinin azalması gözlənilir.
"Sahibkartv.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.
Onun sözlərinə görə, ÜDM-in artım tempinin Azərbaycanda aşağı olması məntiqə uyğundur: “Bu dünyada gedən prosesdir. Amma bu büdcə daxilolmalarına təsir edən amillərdən biridir”.
T. Mirkişili bildirib ki, dünyada baş verən proseslər fonunda Azərbaycanda büdcə gəlirləri 3 milyard manatdan çox artırılır: “Ölkəmizin qarşısında çox ciddi çağırışlar var".
Qeyd edək ki, Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü il üzrə ÜDM-in nominal həcmi 111,6 milyard manat (ilkin proqnoz 106 milyard manat idi), real artım 1,8 % (2,7 %) səviyyəsində qiymətləndirilir.
O cümlədən qeyri-neft ÜDM-nin nominal həcmi 77,7 milyard manat (ilkin proqnoz - 73,3 milyard manat), real artım 4,9 % (4,5 %) səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6 % təşkil edib, o cümlədən qeyri-neft sektoru 9,1 % artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.