Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb

Baxış: 166


Azərbaycanın 2023-cü il üçün ÜDM-nin artım tempi 2,2% səviyyəsində proqnozlaşdırılır ki, bu da yanvardakı gözləntilərdən 0,6 faiz bənd aşağıdır.
“Sahibkartv.az” xəbər verir ki, bu proqnoz Dünya Bankının (DB) bu gün dərc edilən “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyun hesabatında verilib.
DB-nin hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5% (yanvar proqnozu 2,6% idi), 2025-ci ildə isə 2,6% təşkil edəcək.
Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü il üzrə ÜDM-in nominal həcmi 111,6 milyard manat (ilkin proqnoz 106 milyard manat idi – red.), real artım 1,8% (2,7% faiz) səviyyəsində qiymətləndirilir.
O cümlədən qeyri-neft ÜDM-nin nominal həcmi 77,7 milyard manat (ilkin proqnoz - 73,3 milyard manat), real artım 4,9 faiz (4,5 faiz) səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6% təşkil edib, o cümlədən qeyri-neft sektoru 9,1% artıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.