Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan qeyri-neft ixracını 22 % artırıb

Baxış: 224


Bu ilin yanvar-may aylarında Azərbaycan 1 milyard 465,85 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə "Sahibkartv.az"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 % çoxdur.
Təkcə mayda isə qeyri-neft ixracının dəyəri 278,25 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 047,67 milyon ABŞ dolları təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.