Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Hesablama Palatası AMB-nin monetar siyasətinin auditini həyata keçirə bilməz"

Baxış: 212



"Hesablama Palatası AMB-nin monetar siyasətinin auditini həyata keçirə bilməz" 


Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinin auditini həyata keçirə bilməz.
Bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, dünyada belə bir praktika yoxdur ki, hansısa üçüncü qurum gəlib mərkəzi bankın monetar siyasətinin auditini etsin.
"Hesablama Palatası da bunu başa düşür ki, AMB-nin monetar siyasətinin auditini həyata keçirə bilməz. Qurumlar arasında anlaşma olub. Buna görə də Palata yalnız Mərkəzi Bankın inzibati-təsərrüfat fəaliyyətini yoxlaya biləcək", - deyə T.Kazımov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.