Day, Month 00, Year
00: 00: 00 AM
Neftçalada su-kanalizasiya şəbəkələrinin yenidən qurulması davam etdirilir


Neftçala şəhərində magistral su kəmərlərinin inşası ilə paralel olaraq içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb və mərhələlərlə davam etdirilir.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev bildirib.
"İndiyə qədər layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi yekunlaşıb. Yeni şəbəkədən ünvanlara ev birləşmələri verilib, sayğaclar quraşdırılıb. Eyni zamanda Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib, işlər davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb. Layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru, tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək", - deyə o qeyd edib.


Tarix: 3-06-2023, 13:36 Oxunub: 65


Bölməyə aid digər xəbərlər