Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Bank of America”: “ABŞ mülayim tənəzzüllə üzləşəcək”

Baxış: 205


“Bank of America” ABŞ-ın bu ilin üçüncü və dördüncü rübündə, eləcə də gələn ilin birinci rübündə mülayim tənəzzüllə üzləşəcəyini proqnozlaşdırır.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə bankın rəhbəri Brayan Moynihan “CBS” televiziyasına müsahibəsində bildirib.
“Keçən ilin sonunda biz bu il resessiya olacağını proqnozlaşdırırdıq. İndi proqnozlarımızı sonrakı tarixə təxirə salmışıq. Əslində bu, cari ilin üçüncü və dördüncü rübündə, eləcə də gələn ilin birinci rübündə mülayim tənəzzüldür. İşsizlik 4%-ə yüksələcək - tarixi standartlara görə hələ də çox aşağıdır. Bu da bizim əsas proqnozumuzdur”-deyə, o bildirib.
Mayın əvvəlində ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, ölkədə mülayim resessiya ehtimalı istisna edilmir, lakin bunun qarşısını almaq şansları yüksəkdir.
Bundan əvvəl tənzimləyici vurğulayıb ki, bank böhranının nəticələrinin bu il ABŞ iqtisadiyyatında tənəzzülə səbəb ola biləcəyi ehtimalı var.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.