Day, Month 00, Year
00: 00: 00 AM

“Türk axını” ilə qaz nəqli bir həftə müddətinə dayandırılacaq


“Türk axını” ilə Rusiya qazının nəqli qaz kəmərində illik planlı təmir işləri ilə əlaqədar iyunun 5-dən 12-dək dayandırılacaq.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.
Eyni zamanda, Rusiyadan qaz Türkiyəyə daha bir boru kəməri - mayın ikinci yarısında təmir edilmiş “Mavi axın” vasitəsilə nəqlini davam etdirir.
“Qazprom” qeyd edib ki, planlı texniki xidmətin aparılması bütün maraqlı tərəflər tərəfindən əvvəlcədən razılaşdırılıb. 2022-ci ildə “Türk axını” qaz kəmərində planlı təmir işləri iyunun 21-dən 28-dək aparılıb.
Rusiya Qara dənizdən keçən iki boru kəməri ilə Türkiyəyə qaz tədarük edir. “Mavi axın” 2003-cü ilin əvvəlində istismara verilib, onun gücü 16 milyard kubmetrdir və ümumi uzunluğu - 1 213 km-dir.
“Türk axını” ixrac qaz kəməri iki xəttdən ibarətdir, bunlardan biri türk istehlakçılarını, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub. “Türk axını”nın ümumi tutumu 31,5 milyard kubmetrdir.

Tarix: 5-06-2023, 08:00 Oxunub: 107


Bölməyə aid digər xəbərlər