Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Azərbaycan Dəmir Yolları" yük daşımalarının illik həcmi ilə bağlı hədəfini açıqlayıb

Baxış: 229


Azərbaycan Dəmir Yolları yük daşımalarının illik həcmi ilə bağlı hədəfini açıqlayıb
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC yük daşımalarının illik həcmini 20 milyon tona çatdırmaq istəyir.
"Sahibkartv.az" xəbər verir ki, bunu ADY-nin sədrinin müşaviri Emil Məmmədov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə iş aparılır və təşəbbüslər reallaşdırılır.
"Ötən ilin iyun ayında yükdaşımalarla bağlı müştərilər arasında sorğu keçirilib. Məlum olub ki, əsas problemlər daşıma müddəti və tariflərlə bağlı olub. Son 1 ildə biz daşıma müddətini 35-50 gündən 16-20 günə endirmişik", - deyə ADY rəsmisi qeyd edib.
Xatırladaq ki, 2022-ci ildə ADY 18,7 milyon ton yük daşıyıb. Bu, 2021-ci illə müqayisədə 24,7 % çoxdur.
Ötən il daşınmış yüklərin 7,5 milyon tonu tranzit daşımaları olub. Bu isə əvvəlki ilə nisbətən 63 % çoxdur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.