Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri açıqlanıb

Baxış: 172


Azərbaycanda utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri nəqliyat vasitələrinin kateqoriyası üzrə dəyişəcək.
"Sahibkartv.az" xəbər verir ki, bunu Milli Məclisin Tebii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Təmiz Şəhər" ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib.
"Burada beynəlxalq kateqoriyaları nəzərə almışıq. Məsələn, M-1 və başqa kənd təsərrüfatı üzrə istifadə olunan nəqliyyat vasitələri və digər texnoloji nəqliyyat vasitələri kateqoriyalar üzrə fərqləndirilir. Burdaa məbləğlər ən aşağı A və A-1 kateqoriyaları üzrə 200 manatdan, ümumi minik avtomobilləri üçün 1 500 manatdan, digər həcmi böyük yük avtomobilləri və digərləri üçün isə maksimum 3 min manatdan nəzərdə tutulur. Lakin biz daha çox nəqliyyat parkının yenilənməsinə üstünlük verdiyimizə görə hesab edirik ki, birdəfəlik ödəniş məbləği endirim məbləğindən aşağı olmalıdır. Biz birdəfəlik ödəniş məbləğini həmin güzəşt məbləğinin 50 %-i qədər planlaşdırırıq", - deyə M.Laçınov bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.