Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsal ediləcək

Baxış: 202


Bu gün Bakıda Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair Saziş imzalanıb.
"Sahibkartv.az" xəbər verir ki, saziş "Bakı Gəmiqayırma Zavodu"nun İdarə Heyətinin sədri Elşad Nuriyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın Baş direktoru Taleh Ziyadov və "Damen Shipyards Gorinchem B.V." şirkətinin nümayəndəsi Vadim Akimov tərəfindən imzalanıb.
Sənədin icrası ilə "Bakı Gəmiqayırma Zavodu"nda Niderland şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.