Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda I rübdə yol təsərrüfatına dəymiş ziyanın məbləği açıqlanıb

Baxış: 259


Bu ilin yanvar-mart aylarında Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 185 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 218,722 min manat ziyan dəyib.
Bu barədə “Sahibkartv.az”ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, bunun 107,973 min manatı ödənilib, qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə, yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 16 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Hazırda Azərbaycanda 1,4 milyondan çox avtomobil istismardadır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.