Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda alternativ enerji layihələrinə dair investorlar qarşısında qoyulmuş şərtlər açıqlanıb

Baxış: 239


Azərbaycanda bərpa olunan enerji mənbələri layihələrinə dair investorlar qarşısında qoyulmuş şərtlər açıqlanıb.
“Sahibkartv.az”ın məlumatına görə, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Bakıda keçirilən “İnvestorlarla imzalanan müqavilələrin əsas şərtlərinin razılaşdırılması və risklərin minimallaşdırılması” mövzusunda seminarda çıxışı zamanı deyib.
A.Zeynalova əlavə edib ki, bərpa olunan enerji mənbələri layihələrinə dair investorlarla aparılan danışıqlar çərçivəsində müqavilələrin razılaşdırılması, layihələrə cəlb olunan tərəflərin risklərinin minimallaşdırılması, eləcə də layihələrin beynəlxalq maliyyə institutları tərəfindən səmərəli hesab olunması və zəruri şərtlərin müqavilələrə daxil edilməsi vacibdir.
AREA-nın təşkilatçılığı ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri və beynəlxalq hüquq şirkətinin hüquqşünasları tərəfindən keçirilən seminarda həmçinin, Energetika Nazirliyinin, Mərkəzi Bankın və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.