Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət büdcəsinin yarısı neft gəlirləri hesabına formalaşıb

Baxış: 130



Dövlət büdcəsinin yarısı neft gəlirləri hesabına formalaşıb 


Neft gəlirlərinin büdcə xərclərinin maliyyələşdirilməsində xüsusi çəkisinin azaldılması Dövlət Neft Fondunun (DNF) aktivlərinin tükənməsinin qarşısının alır. 
Sahibkartv.az xəbər verir ki, bu,  Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.
Qeyd edilib ki, 2022-ci ildə dövlət büdcəsinin neft gəlirləri 15 milyard 329,6 milyon manat təşkil etmiş, 2021-ci ilə nisbətən 13,2% artmışdır. Cəmi məbləğdə artım izlənsə də, neft gəlirlərinin xüsusi çəkisi 1,3 faiz bəndi azalaraq 50%-ə enmişdir. 
Vergi orqanlarının xətti ilə toplanan neft daxilolmalarının proqnozla müqayisədə 3 milyard 386,6 milyon manat artıq icrası DNF transfertlərinin 3 milyard 594,5 milyon manat aşağı icrasına imkan yaratmışdır. DNF transfertinin məbləği əvvəlki illə müqayisədə 3 milyard 427 milyon  manat az olmuşdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.