Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzinə 45 milyon manat da borclandı

Baxış: 235

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Xəzinə 45 milyon manat da borclandı

23 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040133 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçiriib. 
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 86.4511 (14%) manat və 98.7100 (6.6999%) manat olan 45 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.6209 (7.3%) manat, orta ölçülmüş qiyməti isə 97.8210 (7.1891%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 133 milyon 661 min 200 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib.
Hərrac iştirakçıları 24 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 20 may 2025-ci ildir.
Qeyd edək ki. hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.