Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Faizlər nə qədər aşağı olarsa, inflyasiya da bir o qədər aşağı olar"

Baxış: 171


"Faizlər nə qədər aşağı olarsa, inflyasiya da bir o qədər aşağı olar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN İnternational"a müsahibə verib.
Sahibkartv.az xəbər verir ki, Prezident Ərdoğan CNN telekanalına müsahibəsində faiz dərəcələrinin aşağı salınması qərarını müdafiə edərək, bunun artıq müsbət nəticələr verdiyini bildirib.
Ərdoğan, faiz dərəcələri ilə inflyasiya arasında bir əlaqə olduğunu deyib: "Faiz dərəcələri nə qədər aşağı olarsa, inflyasiya da bir o qədər aşağı olar. Atdığımız addımların nəticəsini gördük”.
Ərdoğanın fikirindən dönməməsi, əgər o yenidən Prezident seçilərsə, Türkiyə Mərkəzi Bankının faizlərini daha da aşağı sala biləcəyinə işarədir.
Ənənəvi iqtisadi siyasətə görə, yüksək inflyasiya dövrlərində mərkəzi banklar faiz artırırlar. Yüksək inflyasiyanın olduğu bir şəraitdə Türkiyə Mərkəzi Bankının faizini azaltması tənqid olunur. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.