Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft, borc tavanı barədə nikbinlik ilə bahalaşır

Baxış: 165


Neft, borc tavanı barədə nikbinlik ilə bahalaşır

Neft, ABŞ-ın borc defoltundan yayına biləcəyinə dair nikbinlik ilə bahalaşır.
Sahibkartv.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:17-yə olan məlumata görə, Brent nefti 1,2 faiz dəyər qazanaraq 76,77 dollara yüksəlib.
Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, tərəflər borc tavanı məsələsində bu həftənin sonuna kimi prinsipial razılığa gələ bilərlər. Həmçinin bəzi Asiya neft emalı zavodları tərəfindən xam neft alışı bazarda əhval-ruhiyyəsini artırıb.
Çinin ləng iqtisadi bərpası və FED-in faizlərini artırması proqnozlara mənfi təsir göstərdiyi üçün xam neft bu il 10 faiz ucuzlaşıb. Fed rəsmiləri bazara müəyyən qeyri-müəyyənlik əlavə edirlər. Növbəti iclaslarında faiz dərəcələrini artırmaq və ya fasilə verməklə bağlı fikir ayrılığı mövcuddur.
Analitiklər bildirirlər ki, borc tavanı danışıqları və ölkənin strateji neft ehtiyatlarını artırmaq planı ilə bağlı nikbinlik qiymətlərə dəstək verir.
Kanadanın ən çox enerji istehsal edən ştatı olan Albertada meşə yanğınları davam edir, bu səbəbdən ərazidə neft hasilatı dayandırılıb. "Rystad Energy", yanğın səbəbindən gündəlik təxminən 240.000 barel neft hasilatının dayandırıldığını təxmin edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.