Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Putin: Bu il 55-60 milyon ton taxıl ixrac edəcəyik

Baxış: 149

Sanksiyalara baxmayaraq, keçən il 41,6 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac etdiklərini qeyd edən Rusiya prezidenti Vladimir Putin, "Bu il taxıl ixracımızın 55-60 milyon ton civarında olmasını gözləyirik" deyib.

Putin: Bu il 55-60 milyon ton taxıl ixrac edəcəyik

Rusiya prezidenti Vladimir Putin Rusiyanın kənd təsərrüfatı sektorunun rəsmiləri ilə görüşündə bildirib ki, ötən il ölkəsində rekord məhsul əldə edilib.
Sahibkartv.az xəbər verir ki, 2022-ci ildə cəmi 158 milyon ton taxıl yığıldığına diqqət çəkən Putin, "Bu, müasir tariximizdə ilk dəfə nail olduğumuz səviyyədir", -deyib
Rusiyanın sanksiyalara baxmayaraq taxıl ixracatını davam etdirdiyini açıqlayan Putin, “Xarici ticarətdəki maneələrə baxmayaraq, Rusiya keçən il kənd təsərrüfatı məhsulları ixracını 41,6 milyard dollara çatdıra bilib. Bu il taxıl ixracımızın 55-60 milyon ton civarında olacağını gözləyirik”.
Qlobal taxıl bazarında 19 faiz paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.