Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: “Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyi hədəfləyir”

Baxış: 193


Azərbaycan öz iqtisadiyyatını və ixracatını şaxələndirməyi hədəfləyir.
“Sahibkartv.az”ın Vilnüsə ezam olunan müxbiri xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 
“Azərbaycan iqtisadiyyatını və ixracatını şaxələndirməyi hədəfləyirik. Son 4 ildə qeyri-neft-qaz ixracımızı 2 dəfə artırmışıq”, - nazir qeyd edib.
O əlavə edib ki, sənaye, nəqliyyat və enerjiyə keçid sahələri Azərbaycan üçün prioritet istiqamətlərdir.
“Biz ənənəvi neft və təbii qaz ixracatçılarıyıq, indi də bərpa olunan enerji mənbələrinin ixracatçısına çevrilmək üçün çalışırıq”, - M.Cabbarov qeyd edib.
Nazir Azərbaycanın strateji coğrafi mövqeyə malik olduğunu qeyd edib və bunun ölkəyə Mərkəzi Asiya, Gürcüstan və Türkiyə bazarlarına çıxış imkanı verdiyini vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycan və Litva arasında “Sərmayələrin qorunması” və “Vergiqoymanın aradan qaldırılması” sazişlər kimi bir sıra hüquqi bazalar mövcuddur. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.