Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin energetika naziri: “Avropanın qazla təminatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”

Baxış: 251

“Türkiyə Avropanı qazla təminatı ilə bağlı Azərbaycan və digər ölkələrlə danışıqlar aparır”.

“Sahibkartv.az” “Haber Global”ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz deyib.
Türkiyə Avropanı təxminən 40 milyard kubmetr qazla təmin edə biləcək. Hazırda Ankara ilə 15 ölkə, o cümlədən Azərbaycan, Fars körfəzi dövlətləri ilə danışıqlar aparılır.
Nazir bildirib ki, bir il ərzində Türkiyədə Avropaya qaz nəqli üçün terminal fəaliyyətə başlayacaq. Təbii qazın Türkiyə üzərindən Avropa ölkələrinə tranziti terminalı il ərzində maksimum qazanc əldə edəcək.
Onun sözlərinə görə, layihə xüsusilə qovşağın olub-olmayacağını soruşmayan, lakin nə vaxt işə başlayacağı ilə maraqlanan Cənubi Avropa ölkələri üçün vacibdir.
"Qaz ticarət mərkəzi bir il ərzində maksimum qazanc əldə edəcək. Onun fəaliyyət göstərməsi sayəsində Avropa ölkələrinə daha çox qaz satmaq və Türkiyə ilə bağlı enerji mənbələrini şaxələndirmək mümkün olacaq", - Dönməz bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.