Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu il Azərbaycanda elektrik enerjisi istehsalının 90,3 %-ni "Azərenerji" təmin edib

Baxış: 329


Bu ilin yanvar-aprel aylarında “Azərenerji” ASC 8 milyard 892,8 milyon kVt/saat elektrik enerjisi istehsal edib.
Sahibkartv.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu ümumi istehsalın 90,3 %-i deməkdir.
Məlumata görə, “Azərenerji”nin istehsal etdiyi elektrik enerjisinin 8 milyard 459,7 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 433,1 milyon kVt/saatı Su Elektrik Stansiyalarının (SES) payına düşür.
Qeyd edilən dövr ərzində istehsal edilən elektrik enerjisinin 1,3 %-i yaxud 128,95 milyon kVt/saatı Naxçıvan MR Dövlət Energetika Xidmətinin payına düşür ki, İES-lərdə 85,91 milyon kVt/saat, SES-lərdə 25,69 milyon kVt/saat, günəş ES-də 17,35 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu ilin ilk ayı ərzində “Azərişıq” ASC-nin külək elektrik stansiyalarında 16,4 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 813,95 milyon kVt/saat təşkil edib ki, bu da ümumi istehsalın müvafiq olaraq ki, 0,2 % və 8,27 %-i deməkdir.
Hesabat dövründə ölkə üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 600,3 milyon kVt/saat, yəni 6,5 % artaraq 9 milyard 852,1 milyon kVt/saat olub.
Bizim Telegram kanalımıza abunə olun

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.