Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə ayrılacaq kreditin təsdiqini iyul ayına təxirə salıb

Baxış: 205


EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə ayrılacaq kreditin təsdiqini iyul ayına təxirə salıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kreditin təsdiqini iyulun 12-dək təxirə salıb.
“Sahibkartv.az” EBRD-yə istinadən xəbər verir ki, daha əvvəl kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 26-na planlaşdırılmışdı.
“Bu layihə ASCO-ya Xəzər dənizindən kənarda beynəlxalq sularda ticarət donanması əməliyyatlarını genişləndirməyə, regional kommunikasiyaları və ticarət əlaqələrini yaxşılaşdırmağa kömək edəcək.
Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərinin şaxələndirilməsi üçün əlavə gəmilərin alınması ilə rəqabətqabiliyyətliliyi yüksəltməyə, həmçinin şirkətin beynəlxalq sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək", -bankın məlumatında deyilir.
Bank daha yüksək ekoloji standartlara nail olmaq və “sıfır karbon”a keçidlə bağlı riskləri həll etmək üçün EBRD-nin enerji və resurs səmərəliliyi sahəsində təcrübəsindən istifadə etdiyini açıqlayıb.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.