Builki foruma 15 ölkədən 26 aparıcı şirkət, o cümlədən 60 dan çox peşəkar mütəxəssislər qatılacaq.
Tükənən şirin su ehtiyyatları, dəyişən iqlim şəraiti və qlobal istiləşmə dünyada hər kəsin diqqətini içməli su və onun səmərəli idarəedilməsinə yönəltdiyi bir dönəmdə Xəzər Su İnnovasiya Forumu dünyanın su sənayesinin aparıcı iştirakçılarını ölkəmizdə cəmləşdirəcək.
Əsas mövzusu "Su ehtiyyatlarının idarə edilməsi", "Tullantı su sistemləri və ətraf mühitə təsirləri", "Su sənayesində innovasiya və səmərəli həllər" olan Forum xarici və yerli mütəxəssislərin, dövlət nümayəndələrinin çıxışları ilə adıçəkilən mövzuları əhatə edəcək. Forumda ölkəmiz və regionumuz üçün əhəmiyyətli olan bu mövzular üzrə peşəkar rəylər, çıxış və təqdimatlar, yeni texnologiyaların nümayişi, gələcək çağırışlar və onlara qarşı hazırolma üsulları, iştirakçılar və izləyicilər üçün əlverişli bilik və bacarıqlar, əməkdaşlıq imkanları olacaq.
Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu ilə təşkil ediləcək Forumda Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika krallıqlarınin, Türkiyə, Ukraina, İzrail, Yaponiya və s. ölkələrinin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarımızla paylaşacaqlar.
Ölkəmizdə gedən iqtisadi inkişaf, quruculuq işləri və dövlətimizin su ehtiyyatlarına qorunması, səmərəli idarə edilməsinə diqqəti dünyanın bir çox şirkətlərinin marağına səbəb olub ki, Forumda aşağıda adları çəkilən aparıcı şirkətlər rəhbərlik səviyyəsində iştirak edərək, öz təcrübələrini paylaşacaq, yeni texnologiya və çözümlərini təqdim edəcək, eyni zamanda yerli sahibkarlarımızla əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.
- AO Smith (ABŞ)
- Aqua-chem (ABŞ)
- Evoqua (ABŞ)
- Hach (ABŞ)
- Nitto Hydranautics (ABŞ)
- İDE Technologies (İzrail)
- Palgey maim (Agrigo) (İzrail)
- Atlantium Technologies (İzrail)
- Amiad (İzrail)
- Nijhuis (Avropa)
- Unidro (Avropa)
- PWNT (Avropa)
- Stereau (Avropa)
- Byosis (Avropa)
- Jumo (Avropa)
- Ecosoft (Avropa)
- Wilo pumps (Avropa)
- Waterlogic by Culligan (Avropa)
- Ultraaqua(Avropa)
- ARC Water Technologies (Türkiyə)
- Chemya A.S. (Türkiyə)
- Bimaks Kimya (Türkiyə)
- Akkim (Türkiyə)
- Filternox (Türkiyə)
- Kurita (Yaponiya)
- LG Chem (Koreya)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi, “Azərsu” ASC-nin sponosrluğu, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə və “Gələcək üçün su” şüarı ilə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumuna siz də dəstək olun. Bu fürsəti əldən qaçırmayın! İştirak etmək üçün internet səhifəmizdən və sosial şəbəkə ünvanlarımızdan bizə yazın. Gəlin, gələcəyimiz üçün suyumuzu birlikdə qoruyaq!