Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“BNP Paribas” yeni neft-qaz layihələrinin maliyyələşdirilməsini dayandırıb

Baxış: 201


“BNP Paribas” yeni neft-qaz layihələrinin maliyyələşdirilməsini dayandırıb
Fransanın “BNP Paribas” bank-maliyyə qrupu bundan sonra yeni neft və qaz yataqlarının işlənməsi üçün maliyyə ayırmayacaq.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə cümə axşamı qurumun saytında dərc olunmuş press-relizdə deyilir.
“BNP Paribas” artıq maliyyə şərtlərindən asılı olmayaraq, yeni neft və ya qaz yataqlarının işlənməsi layihələrini maliyyələşdirmir və müvafiq olaraq sektoral siyasətini yeniləyib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, şirkət enerji sektorunda aşağı karbonlu layihələrin maliyyələşdirilməsinin payını 80 %-ə çatdırmaq məqsədinə sadiqdir.
“BNP Paribas” 2000-ci ildə “Banque Nationale de Paris” (BNP) bankının və “Paribas” investisiya bankının birləşməsi nəticəsində yaranıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.