Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan BMT ilə minatəmizləmə ilə bağlı layihələrin icrasını genişləndirilməsini istəyir

Baxış: 238


Azərbaycan BMT ilə minatəmizləmə ilə bağlı layihələrin icrasını genişləndirilməsini istəyirMikayıl Cabbarov
Azərbaycanda fəaliyyət göstərən BMT Agentlikləri ilə minatəmizləmə ilə bağlı layihələrin icrasının daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
"Sahibkartv.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda tədbirdə deyib.
"Azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır. Bu, sürətli reinteqrasiyaya əngəl törədir", - nazir bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə qarşımızda duran əsas məsələ - işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır: "Bu proses soydaşlarımızın əzəli torpaqlarımıza Böyük qayıdışı ilə üst-üstə düşür. Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir, mühüm infrastruktur layihələri həyata keçirilir".
M. Cabbarov deyib ki, bu ilin martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID 19-a Qarşı Mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030-cu il gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb: "Artıq bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti orqanlarla birlikdə milli, 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi hazırlanmış və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına təqdim edilib. Fürsətdən istifadə edərək, bir daha BMT Agentliklərindən bu təşəbbüsün qlobal müstəviyə çıxarılması və təşviqi məqsədilə dəstək göstərilməsini xahiş edirəm".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.