Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan peyk layihələrinə təxminən 700 milyon manat investisiya yatırıb

Baxış: 336


Azərbaycanın üç peyk layihəsinə təxminən 700 milyon manat investisiya yatırılıb.
“Sahibkartv.az” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kosmik fəaliyyət haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu xərcin 85 %-i beynəlxalq banklardan cəlb edilən kreditlər hesabına formalaşıb.
“Azerspace 1” peyki orbitə buraxılanda onun müddəti 15 il nəzərdə tutulurdu. Yanacaqdan qənaətli istifadə edəndə peykin müddətini bir qədər artırmaq olur. Bu peykin istifadə müddətini təxminən 16 il 9 aya çatdırmışıq. Bir az da qənaətlə istifadə etsək bu müddəti 17 ilə çatdırarıq. “Azerspace 2” peykinin isə 2018-ci ildə müddəti 20 il nəzərdə tutulmuşdu. 2038-ci ilə qədər bu peyk çalışacaq. Yaxın dövrlərdə bizim valyuta qazancımız 1-1,5 milyard manatı keçəcək”, - S. Əsədov bildirib.
"Azərkosmos"un rəhbəri qeyd edib ki, Azərbaycanın peyklərinin sayı dayanmadan artır: "Bu istiqamətdə sadəcə qanunvericiliklə tənzimləyici səviyyədə müəyyən limitlər ola bilər, nə qədər peyk buraxılması ilə bağlı praktiki bir limit yoxdur. Peyklərin buraxılmasına beynəlxalq səviyyədə BMT-nin Beynəlxalq Kommunikasiya İttifaqı tərəfindən tənzimlənir”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.