Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda vergi daxilolmaları 52 % artıb

Baxış: 197



Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 % artaraq 7 milyard 672,2 milyon manat təşkil edib.
"Sahibkartv.az" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Tviterdə bildirib.
Onun sözlərinə görə, 4 aylıq vergi daxilolmalarının 4 milyard 3,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,7 % çoxdur.
"Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, #biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var", - deyə nazir qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.