Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mübariz Qurbanlı: “Qarabağdakı işlər Prezidentin və xanımının xüsusi diqqətindədir”

Baxış: 245


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin tikintisi, tarixi abidələrin bərpası işləri aparılır və bu işlər Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın xüsusi diqqətindədir.
"Sahibkartv.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
“Bu işlərlə bağlı xüsusi proqram tərtib olunub. Həmin proqrama uyğun olaraq Qarabağda məscidlər tikilir və bərpa edilir. Əsasən fikir verilir ki, əvvəlki dövrdə olan məscidlər eyni formada restavrasiya olunsun. Çünki işğal dövründə məscidlərin böyük əksəriyyətini məhv edib, dağıdıblar. Bütün bu məscidlərdə restavrasiya işləri başa çatdırılacaq, Böyük Qayıdış yekunlaşdıqdan sonra həmin yerlərə din xadimlərinin təyinatı başlayacaq”, - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.