Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ICOMOS prezidenti: "Dünya mədəni irsi bir sıra çağırışlarla üz-üzədir"

Baxış: 238

Hazırda dünya mədəni irsi bir sıra çağırışlarla, çətinliklərlə üz-üzədir.
"Sahibkartv.az" xəbər verir ki, bunu Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) prezidenti Teresa Patricio Bakıda keçirilən “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbirə ünvanladığı videomüraciətdə bildirib.
"Dünyada bir sıra dəyişikliklər baş verir. Bu dəyişikliklər mədəni irsdən də yan keçmir. Hazırda Bakıda keçirilən beynəlxalq tədbir üzləşdiyimiz bu çağırışlarla bağlı bizə yardım edəcək. Belə bir mühüm tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm", - deyə o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.