Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: "Neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub"

Baxış: 230


İndiyə qədər Azərbaycanın neft-qaz sektoruna 89 milyard ABŞ dolları xarici sərmayə qoyulub.
"Sahibkartv.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib.
"Azərbaycandan Avropaya qaz tədarükü və bu ixracın marşrutunu, enerji bağlantılarının münasibətlərdə önəmini Heydər Əliyev hələ 90-cı illərdə dəqiqliklə təsvir edirdi. Deyirdi ki, qaz kəmərini də Xəzər dənizindən Türkiyəyə gətirmək lazımdır. Bu həm də Türkiyədən sonra Avropa ölkələri üçün lazımdır. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"dən 615 milyon ton neft, 42 milyon ton kondensat, 399 milyard kubmetr təbii qaz çıxarılıb, 613 milyon ton neft və 135 milyard kubmetr qaz ixrac olunub, 176 milyard ABŞ dolları gəlir əldə edilib", - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.