Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi banklar I rübdə rekord həcmdə qızıl alıb

Baxış: 256
Bu ilin I rübündə müxtəlif ölkələrin mərkəzi bankları və oxşar təşkilatları 228 ton qızıl alıb ki, bu da son 23 ilin I rübünün ən yüksək göstəricisidir.
"Sahibkartv.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Dünya Qızıl Şurası”nın (WGC) hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, bu, həmçinin sonuncu dəfə 2013-cü ildə qeydə alınmış rekord göstəricidən 34 % çoxdur.
Rüb ərzində ən çox qızıl alışını 69 ton olmaqla Sinqapur Valyuta Təşkilatı həyata keçirib. II yerdə Çin Xalq Bankı (58 ton), III yerdə isə Türkiyə Mərkəzi Bankı (30 ton) qərarlaşıb.
"Bank sektorundakı təlatümlər, geosiyasi gərginliklər və qlobal iqtisadiyyatdakı çətinliklər fonunda qızılın dünyada rolu yenidən artmağa başlayıb. Ona görə də, bu il qızıla tələbatın artmasının davam edəcəyi gözlənilir", - deyə hesabatda qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.