Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin səlahiyyətlərinin artırılması təklif olunur

Baxış: 148



Dövlət Arxitektura və Şəhərsalma Komitəsi tikinti üçün icazələrin verilməsi və bu sahədəki bütün problemləri öz üzərlərinə götürülməsi üçün səlahiyyətləri olmalıdır.
"Sahibkartv.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.
"Əsasən Bakının rayonlarında və regionlarda müşahidə edilən hal var ki, Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verəndən sonra elə ki 3 daş qoyulur, bir də görürsən hərə bir qara qovluqla tökülüşüb gəlib. Onlar da bu tikintinin sənədini göstərilməsini tələb edir", - R.Quliyev deyir.
Deputat qeyd edir ki, sənəd göstərilir, amma deyirlər ki, yox, get filan yerdən də icazə al: "Qanun deyir ki, 12 metr hündürlüyə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Amma yenə də gəlirlər və hər kəs bir-birinin boynuna atır".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.