Dövlət Neft Fondu 01 may 2023-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlanıb.
Fonddan Sahibkartv.az-a daxil olmuş məlumata görə, 01.01.2023-01.05.2023 dövründə (ilk 4 ayda) AÇG yatağı üzrə 2 milyard 468 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə (qaz və kondensat) 935 milyon 754 min ABŞ dolları gəlir daxil olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 197 miylon 763 min ABŞ dolları olub.
Fondun AÇG və Şahdəniz üzrə cəmi gəlirləri 3 milyard 404 milyon dollar təşkil edib.




































