Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan neftinin qiyməti 79 dollara düşüb


Azərbaycan neftinin qiyməti 79 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,76 ABŞ dolları, yaxud 5,68 % azalaraq 79,04 ABŞ dolları təşkil edib.
Bu barədə “SAHİBKARTV.AZ"a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 75,32 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Tarix: 3-05-2023, 08:05 Oxunub: 86


Bölməyə aid digər xəbərlər