Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Trendyol-a xaricdən ən çox sifariş Azərbaycandan verilib

Baxış: 241


Mayın 3-də Trendyol-un Azərbaycan internet saytı açılacaq.

Trendyol-a xaricdən ən çox sifariş Azərbaycandan verilib 


"Keçən il xaricdən Trendyol-a verilən sifarişlərə nəzər saldıqda, Azərbaycan birinci yerdədir". 
Sahibkartv.az xəbər verir ki, bunu Trendyol Qrupunun prezidenti Çağlayan Çətin bildirib. 


O qeyd edib ki, bundan əlavə, Trendyol 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqramlardan biri olub.
Qeyd edək ki, Azərbaycan şirkəti "PAŞA Holding" Trendyol ilə müqavilə bağlayıb.
Qrupunun prezidenti Çağlayan Çətin qeyd edib ki, "PAŞA Holding" ilə əməkdaşlıq çərçivəsində mayın 3-dən etibarən Azərbaycan internet saytlarının açılacağını bildirib.
"Platforma Türkiyə və Azərbaycan istehsalçılarını, satıcılarını və müştərilərini bir araya gətirməyə xidmət edəcək və beləliklə, hər iki ölkənin maraqlarına xidmət edən ilk ekosistem olacaq. Odur ki, biz strateji tərəfdaşlığımızın uğuruna və onun qardaş ölkəmiz Azərbaycana göstərəcəyi müsbət təsirə inanırıq” – Çağlayan Çetin vurğulayıb. 
Qeyd edək ki, Trendyol və PAŞA Holding Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
2010-cu ildə qurulan Trendyol, Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biridir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.