Hacıqabul Sənaye Məhəlləsində reallaşdırılacaq "Minik avtomobillərinin istehsalı" layihəsi bu bölgənin iqtisadi inkişafına töhfə verəcək.
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov layihənin təməlqoyma mərasimində bildirib.
"Layihə həm də Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə avtomobil sənayesinə töhfəsini verəcək. Burada istehsal ediləcək avtomobillər həm yerli, həm də xarici bazarda satılacaq", - deyə o qeyd edib.




































