Parisdə "EcoFashion Labs" gənc dizaynerlər üçün açıq sahə yaradır
22:12 / 14-04-2025
“FoodStart” tətbiqi ilə Ev Aşpazları Öz Restoranlarını Mobil Tətbiqdə Açır
21:18 / 14-04-2025
“Biznes və Bal” Layihəsi ilə Arıçılıq Sahibkarlığı Gəncləşir
20:45 / 14-04-2025
Sahibkarlar üçün “Kibertəhlükəsizlik Abunəliyi” xidmətə başlayıb
20:30 / 14-04-2025
"Yaşıl Françayzinq" modeli ilə yeni sahibkarlar yetişir
19:49 / 14-04-2025
Dubayda Startaplar üçün AI Katib Sistemi Aktivləşdirildi
19:19 / 14-04-2025
“AgroPay” ilə Fermerlər Rəqəmsal Ödəniş Sisteminə Keçir
18:30 / 14-04-2025
Almaniyada Yaşlı Sahibkarlar üçün Yeni Tətbiq: “Biznesə 60+ ilə Başla”
18:20 / 14-04-2025
Sakit Okean Adasında Günəşlə İşləyən Kofe Brendi Yaradıldı
17:47 / 14-04-2025
Metaversdə İlk Rəqəmsal Manav Açıldı – Təzə Meyvələr NFT ilə Satılır
17:17 / 14-04-2025
Braziliyada Təkrar Emal Fabriki Sahibkarlara Pulsuz Material Təmin Edir
16:46 / 14-04-2025
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
16:00 / 14-04-2025
Gələcəyin İstehsalçıları: Rumıniyada 3D Yazıcı ilə Ayaqqabı Biznesi Başladı
15:44 / 14-04-2025
Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:30 / 14-04-2025
Afrikada Rəqəmsal Səyyar Bankçılıq Sahibkarların Qapısını Açır
15:16 / 14-04-2025
İspaniyada Mesaj Daşıyan Dron Tətbiqi Sahibkarların Marağındadır
15:00 / 14-04-2025
ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
14:22 / 14-04-2025
Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq
13:23 / 14-04-2025
Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
13:11 / 14-04-2025
Bakıda güclü yağış yağacaq - Subasma ehtimalı da var
12:58 / 14-04-2025
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi
12:53 / 14-04-2025
Onlar sosial vergi ödəməyəcək
12:31 / 14-04-2025
İlham Əliyev Faiq Həsənovu təbrik etdi
11:54 / 14-04-2025
Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı
11:49 / 14-04-2025
İNANILMAZ HADİSƏ! Fəsillər qarışdı: Eyni anda həm yaz, həm qış yaşanır
11:14 / 14-04-2025
Azərbaycan kart ödənişlərinin artım tempinə görə dünyada ən üst sıralarda
Mastercard Qlobal İqtisadiyyat İnstitutu 2023 Pərakəndə Satış Trendləri Hesabatını dərc edib
Mastercard Qlobal İqtisadiyyat İnstitutu 2023-cü ildə həm qlobal pərakəndə satış sektoru, həm də istehlakçı fikirlərini işıqlandıran hesabatını dərc edib.
Hesabat əlaqədar yayımlanmış press-relizdə bildirilir ki. dəyişən iqtisadiyyatın istehlakçı seçimlərinə təsirini, müştəri təcrübəsində məlumat analitikasının və geniş ödəniş variantlarının əhəmiyyətini izah edən hesabat həm də qlobal iqtisadi dünyagörüşü haqqında ipucları ehtiva edir.
Pandemiyanın ardınca qlobal pərakəndə satış sənayesi də bir transformasiya dövründən keçir. Pərakəndə satıcılar üçün bu prosesi yaxşı təhlil etmək, istehlakçıları anlamaq və onlara düzgün fərdiləşdirilmiş həll və ödəniş variantlarını təklif etmək həmişəkindən daha çox önəm daşıyır.
Mastercard-ın həm qlobal pərakəndə satış sənayesi, həm də istehlakçıların fikirlərini təhlil etdiyi Mastercard Qlobal İqtisadiyyat İnstitutunun 2023-cü il Pərakəndə Ticarət Trendləri Hesabatında dünya üzrə önə çıxan mövzular müzakirə olunur. Bu tendensiyalar iqtisadiyyatın istehlakçı seçiminə təsiri, müştəri təcrübəsinin formalaşmasında analitika və loyallığın rolunu, genişlənən ödəniş seçimləri və alış-veriş təcrübələrini əhatə edir.
Qlobal inflyasiyaya baxmayaraq, səyahət və qida-içki xərclərinin payı artacaq
Hesabata görə, qlobal inflyasiyanın artmasına baxmayaraq, bir çox istehlakçı səyahət və yeyib-içmək vərdişlərini davam etdirmək üçün gündəlik xərclərinin bir hissəsini azaldır. Araşdırmaya görə, artan ərzaq inflyasiyası istehlakçıları gündəlik ərzaq alış-verişlərində daha sərfəli mağazalara və brendlərə yönəldir. Dəbdəbəli istehlak adlandıra biləcəyimiz mebel, elektronika və geyim məhsullarında istehlakçılar xərclərini daha məhdud saxlayır və alış-verişlərini elektron ticarət kanalları üzərindən etməyə üstünlük verirlər.
Mastercard İqtisadiyyat İnstitutunun hesabatı göstərir ki, 2023-cü ildə səyahət və təcrübə xərclərinin ümumi istehlak xərclərindəki payı artacaq, lüks istehlakın payı isə azalacaq. Digər tərəfdən Mastercard məlumatlarına əsasən qlobal inflyasiya səbəbiylə uzun illər kredit kartlarından daha sürətli böyüyən debet kartları ilə edilən alış-verişlərdə yenidən kredit kartlarından istifadəyə meyllilik artmaqdadır.
Bu proses artıq Azərbaycanda müşayət olunur. Belə ki, hesablamalara görə, debet kartları illərdir ki, Azərbaycanın ödəniş sistemləri bazarının əsasını təşkil edir, lakin kredit kartlarına həm sahib olmaq, həm də onların istifadəsində bir sıra məhdudiyyətlar mövcud olub. Ancaq son dövrdəki ikirəqəmli inflyasiya ilə eyni vaxtda borcların daha sonra ödənilməsini mümkün edən və hissə-hissə ödəniş təklif edən kredit kartlarının cəlbediciliyi də artıb. Bu vəziyyət sektor rəqəmlərində tez bir zamanda əks olunub. 2022-ci ildə kredit kartlarının sayı debet kartlarına nisbətən təxminən 2 dəfə daha sürətlə artıb və kart əməliyyatlarında kredit kartlarının nəzərəçarpacaq dərəcədə daha çox paya sahib olub. Yeni buraxılmış kredit kartlarının sərfəli təklifləri ilə bu tendensiyanın davam etməsi ehtimalı yüksəkdir.
İstehlakçını anlamaq daha da vacibdir
İstehlakçılar mesajlar, sosial media, e-poçt və markaların reklamları kimi mobil marketinq vasitələri ilə müntəzəm olaraq əldə etdikləri məlumat axınını idarə etməyə çalışırlar. Digər tərəfdən, iqtisadi şərtlər, məlumatların məxfiliyi, inflyasiya, epidemiyalar və müxtəlif sosial problemlər səbəbindən pərakəndə satış şirkətlərinin getdikcə artan rəqabət mühitində istehlakçılarla təmas nöqtəsi yaratması getdikcə çətinləşir.
Hesabatda qeyd olunur ki, istehlakçı vərdişlərinin davamlı dəyişməsi səbəbindən pərakəndə satıcıların sürətli hərəkətə keçməsi və bütün addımların nəticələrini qiymətləndirməsi lazımdır, çox kanallı marketinq vasitələrindən istifadə edərkən proaktiv olmaq da bir o qədər vacibdir.
Mastercard-ın təhlilinə görə, son 5 ildə Azərbaycan kart ödənişlərinin artım tempinə görə dünyada ən üst sıralardan birində qərarlaşıb. Bunun ən bariz göstəricisi kart ödənişlərinin məişət istehlakındakı xüsusi çəkisinin 5%-dən 25%-ə yüksəlməsidir. Təbii ki, bu inkişafı şərtləndirən mühüm amillər var. Birincisi, bank ekosistemində fiziki şəxslərin sayının sürətlə artması və nəticədə ölkədə adambaşına düşən kartların ümumi sayının 5 ildə 2 dəfə çoxalmasıdır. İkinci amil ölkə üzrə kart qəbulu məntəqələrinin sayının artması və banklar tərəfindən səxavətli mükafat proqramlarının tətbiqi sayəsində kart əməliyyatlarında alış-verişin nağdlaşdırmanı üstələməsidir. e-ticarətin artması və xüsusilə pandemiya dövründə nağd puldan istifadə sahələrinin məhdudlaşdırılması istehlakçıları alış-veriş üçün bank kartlarından istifadə etməyə sövq edir.
Fərqli ödəniş seçimləri loyallıq təmin edir
Mastercard İqtisadiyyat İnstitutu 2023 hesabatında bildirilir ki, elektron ticarət geniş yayılmadan və mağazadaxili ödənişlər üstünlük təşkil etməzdən əvvəl ödənişlər yalnız kart və ya nağd pulla həyata keçirilirdi. Bu səbəbdən də fərqli ödəniş seçimləri təklif etmək qabiliyyətinin 2023-cü ildə pərakəndə satıcılar üçün müştəri loyallığını artırmaq baxımından "açar həllərdən" biri olduğu qeyd olunur.
Təmassız kartlardan istifadə artıb
Pandemiya üz-üzə alış-veriş zamanı təmassız kart ödənişlərinin istifadəsini sürətləndirsə də, 2022-ci ilin mart ayında dərc edilən Mastercard Yeni Ödənişlər İndeksi (NPI) dünya üzrə istehlakçıların cəmi 44%-nin təmassız kart ödənişləri etdiyini qeyd edir. Həmçinin, NPI sorğusunda iştirak edən respondentlərin 64%-i 2023-cü ildə kart məlumatlarını əl ilə daxil etmək yolu ilə onlayn ödənişlər etmək ehtimallarının daha yüksək olduğunu bildirib.
NPI sorğusunun nəticələrini dəstəkləyən Mastercard İqtisadiyyat İnstitutunun 2023 hesabatına görə, elektron ticarətin gələcəyi indi kart emitentlərindən, ödəniş həlləri təminatçılarından və pərakəndə satıcıların mağazada təmassız kart istifadəsini elektron ticarətdə bir kliklə ödəniş standartı halına salmaq qabiliyyətindən asılıdır.
Mastercard-ın Azərbaycan üzrə məlumatlarının nəticələrinə görə, Azərbaycan smartfonlardan istifadə nisbətinə görə seçilən ölkədir – 70%-dən çox smartfon penetrasiyası ilə bir çox Avropa ölkələrini geridə qoyur. Bunun təsiri yeni ödəniş üsullarının sürətlə tətbiq edilməsində də özünü biruzə verir. Ölkədə ümumi kart əməliyyatlarının yarıdan çoxunu elektron ticarət təşkil edir və bu nisbət getdikcə artmaqdadır. Digər tərəfdən, 2021-ci ilin sonunda Apple Pay və 2022-ci ildə Google Pay istifadəyə verildikdən sonra fiziki alış-veriş üçün smartfonların istifadəsi də sürətlə mənimsənildi. Mövcud statistikaya görə, hər 7 fiziki ödəniş əməliyyatından 1-i smartfonlar üzərindən həyata keçirilir. İctimai nəqliyyat kimi yeni istifadə sahələrinin meydana çıxması ilə yaxın gələcəkdə smartfonlardan plastik kartlara nisbətən intensiv şəkildə istifadə ediləcəyini proqnozlaşdırmaq çətin deyil.
Qeyd edək ki, Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal texnologiya şirkətidir.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-04-2023, 09:54 Oxunub: 167
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
7-01-2023, 09:30
Azərbaycanda əhalinin 78,6 %-i pərakəndə ticarətdə nağd ödənişə üstünlük verir - SORĞU
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
8-04-2022, 22:10
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib - YENİLƏNİB
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
31-01-2022, 10:52
Azərbaycanda təhsil seqreqasiyası: Həkimləri birinci və ikinci dərəcəliyə ayıran qərarlar - ARAŞDIRMA + FOTO
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-04-2021, 11:12
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 4 ay vaxt verildi
27-04-2021, 10:05
Azərbaycanın iri bankı bir sıra planlarını açıqladı
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-07-2020, 23:06
“Azercell”dən növbəti keyfiyyət göstəricisi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO