Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Peter Siyarto: “Azərbaycan qazı Avropaya enerji nəqlinin şaxələndirilməsində xüsusi əhəmiyyət kəsb edir”

Baxış: 236


“Azərbaycan qazı Avropaya enerji təchizatının şaxələndirilməsində xüsusi əhəmiyyət kəsb edir”.
"Sahibkartv.az"ın Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
P. Siyarto Avropaya enerji təchizatının təhlükəsizliyinin təmin edilməsinin, xüsusən də nəql marşrutlarının və həcmlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan qazı xüsusi əhəmiyyətə malikdir.
Macarıstanın xarici işlər naziri tədarükün təmin edilməsi üçün infrastrukturun yaradılmasının vacibliyini vurğulayıb: “Müvafiq boru kəmərləri olmadan Mərkəzi Avropanın Azərbaycandan lazımi həcmdə qaz alması mümkün olmayacaq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.