Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 12 % artıb

Baxış: 238


Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 2 milyard 608,1 milyon manat təşkil edib.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 1 milyard 980,3 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9 %-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 554,8 milyon manatı dövlət, 2 milyard 053,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
İl ərzində hər bir ölkə sakini orta hesabla 257,4 manatlıq və yaxud 1 il əvvələ nisbətən 47 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.