Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzinə 45 milyon manat da borc aldı

Baxış: 262



Xəzinə 45 milyon manat da borc aldı 


18 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040091 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 86.4511 (14%) manat və 98.6002 (6.76%) manat olan 64 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7291 (7.24%) manat, orta ölçülmüş qiyməti isə 97.8725 (7.1606%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 137 milyon 914 min 500 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib.
Hərrac iştirakçıları 19 aprel 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 15 aprel 2025-ci ildir.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.