Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR I rübdə 500 milyon manatdan çox vergi ödəyib

Baxış: 213


SOCAR I rübdə 500 milyon manatdan çox vergi ödəyib
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin neft sektoru üzrə gəlirləri 3 milyard 860 milyon manat təşkil edib ki, bunun da 59,2 %-ni və yaxud 2 milyard 284 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 %-ni və yaxud 1 milyard 576 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edib.
"Sahibkartv.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olmuş vəsaitin 67,7 %-i və yaxud 1 milyard 545,7 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 22,5 %-i və yaxud 513,1 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,8 %-i və yaxud 225,2 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödədiyi mənfəət vergisi olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.