Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat Bank...

Baxış: 220




Sahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat Bank... 


Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu 5 Azərbaycan bankında depozit yerləşdirib.
Sahibkartv.az xəbər verir ki, Fond tərəfindən depozit yerləşdirilən banklar Bank Respublika, Bank of Baku, Expressbank, RabitəBank və Ziraat Bank Azərbaycan-dır.
31 Dekabr 2022-ci il tarixində Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 65 milyon 695 min manat təşkil edib. Bu, 2021-ci ilin sonu ilə (59 milyon 525 min manat ) müqayisədə 6 milyon 170 min manat və ya 10,4% çoxdur.
Sahibkarlığın İnkişafı Fondu ən çox depoziti Bank Respublikada (20 milyon manat) və Ziraat Bank Azərbaycan-da (17 milyon manat) yerləşdirib. 
Qeyd edək ki, 2022-ci ilin nəticələrinə görə, həm say, Bank Respublika Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatıdır. 
Sahibkarlığın İnkişafı Fondu 65 milyon 695 min manatlıq depozitdən 3 milyon 195 min manat faiz gəlirləri gözləyir.
Fond banklara pulunu 5% – 9.50% civarında faizlər ilə yatırıb.
Sahibkarlığın İnkişafı Fondu dövlət istiqrazları kimi tanınan Maliyyə Nazirliyinin qiymətli kağızlarına da investisiya yatırıb. 31 Dekabr 2022-ci il tarixində Sahibkarlığın İnkişafı Fondunu qiymətli kağızlara investisiyaları 33 milyon 698 min manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə (19 milyon 8 min manat) müqayisədə 1,8 dəfə və ya 14 milyon 690 min manat çoxdur. 
Sahibkarlığın İnkişafı Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirməkdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.