Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət büdcəsində 1,7 milyard manat artıqlıq yaranıb

Baxış: 132



Dövlət büdcəsində 1,7 milyard manat artıqlıq yaranıb 


Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2023- cü ilin yanvar-mart aylarında dövlət büdcəsinə 8 milyard 290 milyon manat vəsait daxil olub.
Sahibkartv.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, büdcədən 6 milyard 567 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 1 milyard 723 milyon manatlıq profisit (artıqlıq) yaranıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 5 milyard 877,6 milyon manat vəsait daxil olmuş, büdcədən 3 milyard 660,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 2 milyard 217,2 milyon manatlıq profisit yaranmışdı.
Qeyd edək ki, profisit növbəti aylarda xərclərə yönəldiləcəkdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.