Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

95 milyon manat büdcə vəsaiti dövlət siyasətinə uyğunsuz xərclənib - PALATA

Baxış: 163


Palata: Kənd təsərrüfatı üzrə büdcə vəsaiti uyğunsuz xərclənib

95 milyon manat büdcə vəsaiti dövlət siyasətinə uyğunsuz xərclənib - PALATA 


Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermer (yəni, kənd təsərrüfatı məhsullarının istehsalçısı) kimi qeydiyyatda olmayan 2020-ci ildə 510 sayda, 2021-ci ildə 2049 sayda rezident hüquqi və ya fiziki şəxsə texnikaların və avadanlıqların alışı üzrə 40% güzəşt maliyyə təminatı qismində verilib.
Hesablama Palatasının bülleteninə görə, ümumilikdə bu məqsədlə 95 milyon 6,4 min manat məbləğində vəsait (həmin güzəşt üzrə xərclənmiş ümumi vəsaitin 65,7%-i) verilib ki, bu da vergi güzəştləri və azadolmalarının tətbiqi üzrə dövlət siyasəti ilə uyğunsuzluqlar yaradıb.
Qeyd edək ki, texnikaların(kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, suvarma sistemləri dəstinin və avadanlıqların) 40%-lik güzəşt hissəsinin maliyyələşdirilməsi ilə reallaşdırılan alışı prosesində daxili nəzarətin malların bir vergi ödəyicisindən digərinə hərəkətini təsdiqləyən elektron qaimə-fakturalar üzərindən həyata keçirilməməsi dövlət büdcəsindən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyətinin müəyyənləşdirilməsini mümkünsüz edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.