Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tahir Mirkişili: "Azad edilmiş ərazilərin bərpasına 6,5 mlrd manata yaxın vəsait xərclənib"

Baxış: 194

Son 2 ildə Azərbaycan dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 6,5 milyard manata yaxın vəsait xərclənib.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən komitənin iclasında deyib.
Onun sözlərinə görə, Hesablama Palatasının 2022-ci il üzrə hesabatında bu vəsaitin bir hissəsinin audit olunması öz əksini tapıb.
"Ötən il Hesablama Palatası ilk dəfə olaraq hesabat vermədə nəticə əsaslı büdcə modelindən istifadə edib. Bu da təqdirə layiq haldır", - T.Mirkişili bildirib.
O qeyd edib ki, 2022-ci ildə 48 audit planlaşdırılsa da, 46-sı icra edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.