Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il və 2022-ci ilin I yarısındakı maliyyə-təsərrüfat fəaliyyətinin uyğunluq auditini aparıb, nöqsanlar aşkarlayıb.
“Sahibkartv.az” bu barədə Palataya istinadən xəbər verir.
Qurum hesab edir ki, AMB-nin gəlir və xərclərinin proqnozlaşdırılması fəaliyyəti kifayət qədər təkmil hüquqi çərçivəyə əsaslanıb, onun büdcəsi “Mərkəzi Bankda büdcə planlaşdırılması və icrasına nəzarətin prosedur Qaydaları”nın tələbləri nəzərə alınmaqla və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla hazırlanıb. Bu da öz növbəsində maliyyə hesabatlılığının dürüstlüyü üzrə risklərin aşağı səviyyədə saxlanılmasına zəmin yaradır. AMB-nin ayrı-ayrı illər və obyektlər üzrə İdarə Heyəti tərəfindən təsdiq edilmiş investisiya büdcəsində hər il üçün nəzərdə tutulan investisiya vəsaitləri müvafiq il ərzində istifadə edilməyib və yaxud müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda, investisiya xərclərinə yol verilib. Layihə-smeta sənədlərinə ekspertiza rəyi alınmadan, tikintiyə müəllif nəzarəti təmin edilmədən və tikintinin ehtimal olunan qiyməti hesablanmadan tikinti işləri başlanılıb və obyektin tikintisinin başa çatmasını rəsmiləşdirən “İstismara icazə Aktı” tərtib və təsdiq edilməyib. Tikinti işləri tam başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılıb.
Mühasibat uçotu üzrə uzunmüddətli aktivlərə hesablanmış amortizasiya xərclərinə görə qalıq məbləği göstəriciləri ilə 31 dekabr 2021-ci il tarixinə tərtib edilən illik maliyyə hesabatları və “Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat”ın göstəriciləri arasında uyğunsuzluqlar olub, 276,4 minmanat dəyərində olan əsas vəsaitlər “Kompüter və avadanlıqlar” sinfində uçota alınmalı olduğu halda, “Mebel və avadanlıqlar” sinfində uçota alınıb, “Mərkəzi Bankın yeni inzibati binasının tikintisi” obyekti ilə əlaqədar tikinti-quraşdırma işləri üzrə 103 milyon 358 min manat məbləğində investisiya xərcləri kapitallaşdırılan xərclər kimi tanınmayıb.
Sumqayıt Ehtiyat Mərkəzinin yeni inzibati binasının istifadəyə verilməsinə baxmayaraq, istismarda olduğu müddətdə 854,8 min manat məbləğində amortizasiya xərci hesablanmayıb. Elmi-tədqiqat işlərinə görə qeyri-rezident fiziki şəxslə bağlanmış müqavilə üzrə həyata keçirilmiş ödəniş ilə bağlı ödəmə mənbəyindən 4,9 minmanat məbləğində vergi borcunun, qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə ödəmə mənbəyindən9 halda 210,6 min manat məbləğində vergi borcunun, həmçinin informasiya texnologiyaları sahəsi üzrə iş və xidmətlərin göstərilməsinə görə qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə 207,4 min manat ƏDV məbləği hesablanaraq dövlət büdcəsinə ödənilməyib.
AMB korporativ idarəetmə standartlarına sadiqlik göstərərək bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərini müəyyən edib, onlara nail olunması üçün funsional alət və prosedurları tətbiq etməklə bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edib. “Mühasibat uçotu haqqında” qanunun tələblərinə əməl etməklə yanaşı, uçotun Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun aparılmasını təmin edilib, maliyyə hesabatları beynəlxalq standartlara uyğun tərtib edilib və ictimailəşdirilməsi üçün qurumun internet saytında yerləşdirilib.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının fəaliyyətində nöqsanlar aşkarlayıb
Bölməyə aid digər xəbərlər
Tarix: 11-04-2023, 19:25 Oxunub: 86
Bölməyə aid digər xəbərlər
27-03-2023, 13:23
ƏSF rəsmisi: "Bu günədək bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib"
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
9-09-2021, 18:13
2022-ci ilin dövlət büdcəsi açıqlandı - İLKİN GÖSTƏRİCİLƏR
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
6-02-2021, 12:19
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
3-12-2020, 12:49
SAHİBKARLIĞIN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
10-07-2020, 14:14
“Qaçqınkom”da qanun pozuntuları: “Azərsu”ya pul ödəməyib